- Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və nəzarəti;
- Cəmiyyət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsi, mühasibat-maliyyə hesabatlarının tələb olunan müddətdə tərtib və təqdim edilməsini təşkil etmək;
- Şirkətində istifadə olunan 1C mühasibat uçotu proqram təminatında əsas vəsaitlərin, maddi qiymətlilərin və pul vəsaitlərinin hərəkəti ilə əlaqədar əməliyyatları əks etdirmək;
- İş və xidmətlərin maya dəyərinin hesabat kalkulyasiyasını tərtib etmək, itkilərin yaranma və qeyri – istehsal məsrəflərin mənbələrini aşkar etmək, onların qarşısının alınması üzrə təkliflər hazırlamaq;
- Mədaxil/məxaric pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, vəsaitlərin dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanması, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkili və nəzarət;
- İlkin mühasibat sənədlərinin, hesablaşmaların və ödəniş öhdəliklərinin hazırlanmasına, əmək haqqı fondunun düzgün sərf olunmasına, əsas fondların inventarizasiyasının aparılmasına nəzarət etmək;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasının müəyyən olunmuş müddətə keçirilməsind iştirak etmək;
- Mal-material qiymətlilərin inventarizasiyasında iştirak etmək və onlar üzrə müvafiq aktları rəsmiləşdirmək;
- Vergi orqanları, DSMF və digər dövlət orqanlarına aylıq, rüblük və illik hesabatları vaxtında təqdim etmək;
- Vergi risklərini hesablamaq və rəhbərliyə bildirmək;
- Bütün bank əməliyyatlarını həyata keçirmək və ödənişləri nəzarətdə saxlamaq;
- Maliyyə hesabatlarını (Balans hesabatı, mənfəət və zərər hesabatı, pul vəsaitlərinin hərəkəti hesabatı və s.) hazırlamaq;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün müvafiq əməliyyatların vaxtında və düzgün emal olunmasını təmin etmək;
- Mühasibatlıq sənədlərinin düzgün hazırlanmasına nəzarət etmək;
- Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, debitor borclarının, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
- Vaxtlı-vaxtında və lazımı qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi məqsədilə təchizatçılarla/müştərilərlə rəsmi yazışmalar aparmaq;
- Həftəlik, aylıq, rüblük və illik icra hesabatlarının hazırlanmasını və təqdim edilməsini təmin etmək;
- Mövcud olan qanunvericiliyə uyğun olaraq müəssisənin maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
- Səlahiyyəti çərçivəsində işlə əlaqədar işçilərin sorğularını cavablandırmaq;
- İş prosesində məlumatların məxfiliyinin qorunmasına nəzarət etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinə və digər normativ-hüquqi aktların tələblərinə ciddi riayət etmək;
- Direktor tərəfindən verilən digər tapşırıqları vaxtında və düzgün icra etmək.
- İş yeri: Bakı şəhəri
- İş rejimi: 6 günlük, şənbə qısaldılmış iş günü;
- Nahar yeməyi;
- Korporativ nömrə;
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına müvafiq olaraq müsahibə zamanı müəyyən olunacaq.
- Ali iqtisadi təhsil (maliyyə, mühasibat uçotu və audit);
- Analoji vəzifə üzrə azı 3 (üç) il iş təcrübəsi;
- Dil bilikləri: azərbaycan dili mükəmməl səviyyədə, əcnəbi dil bilgisi üstünlükdür;
- MS Office, 1C 8.3, BTP, EVHF, B1, B3 proqramlarında sərbəst işləməli;
- Vergi məcəlləsi, Əmək məcəlləsi, Mülki Məcəllə və digər qanunları, qanunvericilik aktları üzrə mükəmməl biliklər;
- Peşəkar Mühasib Sertifikatına sahib olmalı;
- Beynəlxalq dərəcəli sertifikatların (ACCA) olması üstünlükdür;
- Geyim qaydalarına və əmək intizamına ciddi riayət etməli;
- Korporativ idarəetmə sisteminin əsaslarını və korporativ mədəniyyətin əsaslarını bilməli;
- Məsuliyyət və punktuallıq;
- Planlaşdırma, qərarvermə və problem həlletmə tezliyi;
- Komandada işləmək bacarığı.
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin