Elan № 54621
Xəzinədar sifarişlərin qəbulu, qonaqların nağd və kartla hesablaşması və vitrinlərdən məhsulların paylanmasına cavabdehdir.
Vəzifə və Məsuliyyətlər
- Müştərilərdən ödənişi qəbul etmək;
- Pul vəsaitlərinin və məhsulların hərəkətinə nəzarət etmək;
- Kassa aparatlarının və diqər avadanlıqların düzgün işləməsinə nəzarət etmək, yaranan problemlər barədə rəhbərliyə məlumat vermək;
- Kassa əməliyyatlarını həyata keçirmək;
- Günlük/aylıq yekun hesabatlar aparmaq;
- Müştəriləri mehribanlıqla qarşılamaq və müştəri məmnuniyyətini təmin etmək məqsədi ilə müştərilərlə əlaqə saxlamaq və onların şikayətlərini dinləyib, həll etmək;
- İş mühitini sanitar qaydalara uyğun və mütəşəkkil saxlamaq;
- Bütün satış təşviqatlarında effektiv və səmərəli şəkildə iştirak etmək;
- Yüksək keyfiyyətli məhsul və xidmət standartlarına uyğunluğa nəzarət etmək;
- Səmərəli, mehriban xidmət standartlarını saxlamaq və komanda işlərinə dəstək olmaq;
- Üstün xidmət təqdim etmək və sürətli, gülərüz xidmət göstərməklə mehriban, rahat mühit yaratmaq.
Şərtlər:
- Yeni açılacaq kafeye xəzinədar tələb olunur.
- İş günü/saati – həftədə 6 iş günü, 9 saat,
- İstirahət – həftədə 1 gün,
- Kafe Ağ şəhərdə yerləşir (yaxında yaşayan əməkdaşlara üstünlük verilir)
- Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.
- Orta təhsil,
- Müvafiq sahədə 1 il təcrübə
- Kassa aparatı və Pos terminalın istismar qaydalarını bilmək,
- Müştəri xidmətinin əsaslarını bilmək,
- MS Office proqramlarını bilmək (1C proqramını bilənlərə üstünlük verilir),
- Məsuliyyətli, nizam-intizamlı olmaq,
- Detallara diqqət və stressə davamlı olmaq.
- Azərbaycan dilini bilmək (Rus dili bilənlərə üstünlük verilir).
CVanket) +nömrəsinə və yaxud [email protected] ünvanına göndərə bilərsiniz.
Premium xidməti ilə sizin elan saytın ən populyar mövqelərində olacaq və maksimum sayda istifadəçi cəlb edəcək.
Ödəniş etməkAxtarışda qalxır və ilk yerlərdə əks olunur, istifadəçilərin sizin elanınızı tez tapmağına imkan verir.
Ödəniş etməkRedaktə etmək üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin
Vakansiyanı bağlamaq üçün, elan dərc olunarkən aldığınız altı rəqəmli kodu daxil edin