Ad № 54444
- Mövcud və yeni layihələr üzrə backend və frontend funksionallıqların hazırlanması
- PHP Laravel backend və Next.js frontend texnologiyaları ilə sistemlərin inkişaf etdirilməsi
- Hazır veb tətbiqlərdə yaranan texniki problemlərin müəyyən edilməsi və aradan qaldırılması
- REST API-lərin yaradılması və frontend ilə inteqrasiyası
- Komandadakı digər proqramçılarla birgə işləyərək layihələrin vaxtında və keyfiyyətlə təhvil verilməsi
İş rejimi:
- Ofis daxili iş rejimi
- Həftənin 5 iş günü – Flexible time (1 saat nahar fasiləsi)
- Əmək müqaviləsi bağlanır
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun təyin olunacaq
- İş yeri: Arena Plaza, Koroğlu metrosunun yaxınlığı.
Ümumi texniki bilik və bacarıqlar:
- Minimum 3 il PHP təcrübəsi, əsasən Laravel framework- ü ilə
- Texniki tapşırıqları düzgün başa düşmək və tətbiq etmək bacarığı
- Kodların strukturlaşdırılmış, optimallaşdırılmış və PSR- 12 standartlarına uyğun yazılması
- Layihə üzrə deadline- lara uyğun işləmək və komandada əməkdaşlığa açıq olmaq
- Analitik düşünmə, yüksək qavrama və öyrənmə bacarığı
Backend (PHP Laravel):
- Laravel framework- də dərin biliklər: Eloquent, Queues, Events, Middleware, Form Request, Service/Repository pattern
- RESTful API dizaynı və inteqrasiyası (JWT / OAuth2, Swagger ilə sənədləşdirmə)
- Composer və Artisan komandaları ilə işləmə bacarığı
- Laravel migration, seeder, policy, notification və background job mexanizmləri üzrə təcrübə
- MySQL/PostgreSQL üzrə kompleks sorğuların yazılması və performans optimizasiyası
- Redis ilə caching və pub/sub mexanizmlərinin qurulması (ElasticSearch biliyi üstünlükdür)
- SOLID, DRY, PSR- 12 kimi yazılı kod prinsiplərinə əməl etmək
- Git ilə səmərəli komanda işi (branching, pull request, conflict resolution və s.)
- Docker və CI/CD prosesləri ilə tanışlıq (GitHub Actions istifadə təcrübəsi üstünlükdür)
- Vue.js və ya React ilə komponent əsaslı frontend strukturlarını başa düşmək və inteqrasiya etmək bacarığı
Frontend (Next.js / React):
- Next.js ilə SSR (Server Side Rendering) və SSG (Static Site Generation) əsaslı tətbiqlər hazırlamaq
- getServerSideProps, getStaticProps, getStaticPaths funksiyalarından istifadə bacarığı
- React komponent strukturu və əsas hook- larla (useState, useEffect, useContext, useReducer, useRef) işləmə təcrübəsi
- Qlobal state idarəsi üçün Context API və Redux / Redux Toolkit bilikləri
- TailwindCSS, SCSS və Styled Components ilə müasir və responsive UI- ların yaradılması
- Axios, React Query və SWR ilə data fetch və state management üzrə təcrübə
- Dynamic routing və nested routing strukturlarına bələdlik
- Formların işlənməsi və validasiyası üçün Formik, React Hook Form və Yup istifadə bacarığı
- SEO yönümlü frontend optimallaşdırmaları (meta tag- lar, next/head, next/image, lazy loading və s.)
- Git və versiya nəzarət sistemləri ilə gündəlik əməkdaşlıq təcrübəsi.
Üstünlük verilən biliklər:
- Microservices arxitekturası ilə işləmə təcrübəsi
- AWS infrastrukturu (xüsusilə S3, EC2), Laravel Forge və ya Laravel Vapor istifadəsi
- Unit və Feature testlərin yazılması (PHPUnit, Pest)
Zəhmət olmasa CV-lərinizi [email protected] e-mail ünvanına göndərin.
E-mailin mövzu hissəsində “Fullstack Developer (Laravel + Next.js)” qeyd etməyi unutmayın.
With Premium service, your ad will appear on the most popular positions of the site and attract the maximum number of users.
Go to the paymentRises in the search and displays in the first positions, which allows users to quickly find your ad.
Go to the paymentFor editing, enter the six-digit code that you received in the mail when you publish vacancy
For closing, enter the six-digit code that you received in the mail when you publish vacancy