Ad № 54624
Kafedə ehtiyatlarının düzgün şəkildə saxlanması, idarə edilməsi və müvafiq qaydalara uyğun istifadəsinə cavabdehdir.
Vəzifə və Məsuliyyətlər:
- Anbarın hər zaman təmiz və səliqəli saxlanmasını təmin etmək. Anbarda hər hansı bir zibil və ya pozulmuş məhsulun olmamasına nəzarət etmək.
- Malların və təchizatın düzgün temperaturda, rütubət səviyyəsində və gigiyenik şəraitdə saxlanmasını təmin etmək.
- Anbarın müntəzəm olaraq inventarizasiyasını aparmaq, mal-materialların miqdarı və vəziyyəti barədə dəqiq məlumat saxlamaq.
- Təchizatçıdan gələn məhsulları qəbul etmək və onlara dair bütün sənədləri (faktura, yük siyahısı və s.) yoxlamaq.
- Təchiz edilmiş məhsulların keyfiyyətini və uyğunluğunu yoxlamaq, hər hansı bir çatışmazlıq və ya zədələnmə halında dərhal müvafiq tədbirlər görmək.
- Anbarda qəbul edilən məhsulların düzgün şəkildə sənədləşdirilməsi və qeydiyyatının aparılması.
- Səmərəli, mehriban xidmət standartlarını saxlamaq və komanda işlərinə dəstək olmaq;
- Üstün xidmət təqdim etmək və sürətli, gülərüz xidmət göstərməklə mehriban, rahat mühit yaratmaq.
Şərtlər:
- Yeni açılacaq kafeye anbardar tələb olunur.
- İş günü/saatı – həftədə 6 iş günü, 9 saat,
- İstirahət – həftədə 1 gün,
- Kafe Ag şəhərdə yerləşir (yaxinda yaşayan əməkdaşlara üstünlük verilir)
- Əmək haqqı və digər şərtlər müsahibə zamanı müzakirə olunacaq.
- Orta təhsil,
- Müvafiq sahədə 1 il təcrübə,
- Ünsiyyətcil, təmizkarlıq, gülərüzlülük, pozitivlik kimi müsbət keyfiyyətlərə sahib olmaq,
- İş vaxtı təmiz və nizamlı görünmək,
- Müştərilərə diqqətli və səbrli davranış sərgiləmək,
- Yüksək işgüzarlıq qabiliyyəti, punktuallıq və kollektivlə işləmək bacarığı,
- Azərbaycan dilini bilmək (Rus dilini bilənlərə üstünlük verilir).
CV(anket) nömrəsinə və yaxud [email protected] ünvanına göndərə bilərsiniz.
With Premium service, your ad will appear on the most popular positions of the site and attract the maximum number of users.
Go to the paymentRises in the search and displays in the first positions, which allows users to quickly find your ad.
Go to the paymentFor editing, enter the six-digit code that you received in the mail when you publish vacancy
For closing, enter the six-digit code that you received in the mail when you publish vacancy