Ad № 54752
Almaniyada əsası qoyulmuş xaricdeis.com və yurtdisindais.com (digər ölkələr üzrə də xidmət şəbəkələri yaradılır) startup komandamıza xaricdə iş axtaran azərbaycanlı və türkiyəli namizədlərə xidmət göstərmək üçün Müştəri Xidmətləri Təmsilçisi vakansiyası elan edirik.
Vəzifə öhdəlikləri:
Siz komandamıza qoşularaq həftənin müəyyən gün və saatlarında müştərilərlə yazışma və zəng vasitəsilə əlaqə saxlayacaq, onların suallarını cavablandıracaq və xidmətlərimiz haqqında ətraflı məlumat verəcəksiniz.
Üstünlük veriləcək:
- Xaricdə yaşayan və paralel olaraq iş axtarışında olan azərbaycanlılara
- Hər hansı bir xarici dildə (C1-C2 səviyyəsində) danışıq bacarığı olanlara
Əmək haqqı:
- Əmək haqqı yalnız komissiya əsasında ödənilir.
- Xidmət verdiyiniz və müqavilə bağlanan hər bir namizədlə müqavilənin həcminə əsasən əvvəlcədən razılaşdırılmış faiz məbləğində komissiya (150 AZN-ə qədər) təklif edilir.
- Əlavə bonuslar və xidmətlərimizdən güzəştli imtiyazlar mövcuddur.
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi nitq bacarığı
- Yüksək təqdimat bacarığı
- Müştərilərlə iş təcrübəsi
- Yüksək səviyyədə dinləmə və ünsiyyət qurmaq bacarığı
- Analitik və məntiqi düşüncə qabiliyyəti
- Müştəri sorğularını təhlil edib, faktlara əsaslanaraq düzgün və dolğun məlumat hazırlamaq bacarığı
- Məsafədən işləyə bilmək və komanda ilə əməkdaşlıq bacarığı
- Yeniliklərə açıq olmaq.
Müraciət qaydası:
CV-nizi (şəkil, yaşadığınız ölkə və şəhər, təhsil, təcrübə, xarici dil bilikləri və bacarıqlar mütləq qeyd olunmalıdır) saytda qeyd edilən email ünvanına göndərməklə müraciət edə bilərsiniz. Müraciətin başlığı "Müştəri Xidmətləri Təmsilçisi" olması mütləqdir. Əks halda müraciətlər nəzərə alınmayacaq.
https://xaricdeis.com/karyera
With Premium service, your ad will appear on the most popular positions of the site and attract the maximum number of users.
Go to the paymentRises in the search and displays in the first positions, which allows users to quickly find your ad.
Go to the paymentFor editing, enter the six-digit code that you received in the mail when you publish vacancy
For closing, enter the six-digit code that you received in the mail when you publish vacancy